İran XİN rəhbəri: “ƏGƏR ABŞ BUNU EDƏRSƏ..”

Baxış sayı:
6760

İranın xarici işlər naziri Zərif, nüvə proqramı ilə bağlı müqavilənin mövcud vəziyyəti və bu müqavilə ilə bağlı olaraq ABŞ-da sonu görünməyən mübahisələri qiymətləndirib. Zərif "Əgər bir ölkə, super güc olsalar belə, üzərinə götürdüyü öhdəliyi, müqaviləni pozarsa, beynəlxalq uzlaşmaya varmaq bir daha mümkün olmayacaq" deyib.
 
Zərif, İranın, ABŞ-ın tək tərəfli müqaviləni pozduğu halda ssenarisinin olduğunu açıqlayıb: “Tehran hansı tədbirlər almağı düşünür" sualına, Zərif "Əlbəttə, heç kəsi qorxutmaq istəmirik. Ancaq hər kəsin real düşünməsini və qərarlarını böyük diqqətlə düşünərək qəbul etməsini istərdik. Təəssüf ki, ABŞ heç bir zaman üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Amma rəsmən tək tərəfli olaraq müqaviləni pozsalar, İran, Amerikalıların xoşuna gəlməyəcək tədbirlər hazırlayıb. İranın hansı ssenarini tətbiq edəcəyi, ABŞ hökumətinin davranışına bağlı olacaq. Təkcə onu deyəcəyəm ki, kimin ağlı varsa, edəcəklərimizdən qorxmalıdır".
Müxalifət.az