Türkiyəyə qarşı daha bir ÇİRKLİ BAZARLIQ!

Terror təşkilatı PKK ilə Əsəd arasındakı danışığın mövzusu Afrin mərkəzindən Tel Rifata meylləndi. TSQ və ASO qarşısında böyük bir dağılmağa məruz qalan PKK, maddi-texniki dəstək üçün nəfəs borusu kimi gördüyü Tel Rifat məsələsi ilə bağlı rejimlə görüşür.
Tel Rifat üçün anlaşma axtarılan danışıqlarda Əsəd, ABŞ-ın Münbiç üzərindən göndərəcəyi silah, sursat və terrorçu dəstəyinin Afrinə girməsini təmin edəcəyinə təminatını verir. PKK, Əsəd hakimiyyətindəki Nubl və Zəhra zonasından Afrinə silah-sursat daşıyarkən, bu fəaliyyəti öz nəzarətindəki Tel Rifat üzərindən edə bilmir. Çünki buna Türkiyə icazə vermir. Sıx bir hərəkətlilik vəziyyətində region, Türk döyüş təyyarələri ilə vurulur.
FİKİR AYRILIĞI YOXDUR
“Zeytun Budağı” hərəkatı davam edərkən, Rusiya və Türkiyə arasında Afrinin terrorçulardan təmizlənməsi məsələsində hər hansı bir fikir ayrılığı yaşamır.
Əsəd rejimi qüvvələri, hazırda Afrinden çəkilən Rus əsgərləriylə birlikdə Tel Rifatın cənubunda yerləşir. Tel Rifat bölgəsini tutmağa çalışan və bölgəyə zaman zaman bombalar yağdıran Türkiyə, bura hələ ki, quru əməliyyatı keçirməyib.
AFRİNDƏN SONRA
Tel Rifat xəttinə qarşı hücumun Afrin mərkəzinin PKK-dan təmizlənməsindən sonra başlaması gözlənilir.
Müxalifət.az