​Ötən həftə məmurlar haqqında ən çox yazan SAYTLAR

- HƏFTƏNİN STATİSTİKASI

Baxış sayı:
11464

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftənin ikinci günü yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız.
Əlavə olaraq, hər həftə məmurlar, deputatlar və icra başçıları, eləcə də digər şəxslər haqda yazıların dərc olunduğu saytların statistikasını da cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Beləliklə, ötən həftə təhlil üçün əldə edilən 34 məlumat ümumilikdə 32 elektron KİV-də yayılmışdır. Həmin saytların paylaşım statistikası aşağıdakı cədvəldəki kimi olmuşdur:
 
Onlardan 31-də bu məlumatlardan yalnız biri paylaşılmışdır. Həftə ərzində digər 3 saytda isə 2 məlumat paylaşılmışdır. Realmediya.az, Xəzər.info və Cumhuriyyet.net saytları hərəsi iki məlumat paylaşmışdır.