Türkiyədə DƏHŞƏTLİ CƏZA: Kimyəvi yolla xədim etmə...
20-02-2018 16:07
Baxış sayı:
3577

Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül ölkədə son zamanlar gündəmdə olan uşaq istismarı məsələlərinə münasibət bildirib.
Bbu barədə “Xəbərtürk” yazıb.
Nazir bu tip əməllərdə təqsirli bilinənlər üçün kimyəvi yolla xədim etmənin gündəmə gələ biləcəyini deyib.
Qeyd edək ki, Türkiyədə 3 yaşlı qız uşağının təcavüzə uğraması hadisəsi cəmiyyətin kəskin narazılığına səbəb olmuş, bir çox şəxslər, hətta siyasi simalar belə uşaq istismarının cəzasının edam olmasını tələb etmişdi./axar/