Bakının ən böyük prospektində qəza - Foto
16-02-2018 19:42
Baxış sayı:
2671

Hazırda Heydər Əliyev prospektində - metronun "Koroğlu" stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib. “Buna səbəb prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsidir”, - deyə M.Ağayev vurğulayıb.