AB-də yoxsulluğun yüksək olduğu ölkələr açıqlandı
17-10-2017 23:35
2016-cı ildə Avropa Birliyinin əhalisinin 23,4%-i (117,5 milyon nəfər – red.) yoxsulluqla bağlı risk zonasında yaşayır.
Muxalifet.az xəbər verir ki, bu barədə informasiya Avropa Birliyinin Statistika Xidmətinin hesabatında yer alıb. Hesabata əsasən, yoxsulluqla bağlı ən pis vəziyyət Bolqarıstanda qeydə alınıb. Belə ki, burada əhalinin 40,4%-i yoxsulluqla bağlı risk zonasında yaşayır. Ondan sonrakı yerləri Rumıniya (38,5%) və Yunanıstan (35,6%) tutub.
Hesabatda həmçinin AB-də ən az kasıb insanların Çexiya (13,3%), Finlandiya (16,6%), Danimarka (16,7%) və Niderlandda (16,8%) yaşadığı vurğulanıb.