"Trampın hərəkətləri 3-cü Dünya müharibəsinə səbəb ola bilər" - SENATOR

Amerikalı senator ABŞ prezidentinin işini tənqid edib
 
Amerikalı senator Bob Korker ABŞ prezidenti Donald Trampın işini tənqid edib.
Bu barədə "The New York Times" məlumat yayıb.
Korker bildirib ki, Tramp Ağ Evdəki işinə realiti-şou kimi münasibət bəsləyir. Bundan əlavə, onun sözlərinə görə, amerikalı lider digər ölkələri təhdid edir və bu, Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.
"O, (Tramp-red) məni narahat edir. O, bizim ölkəmizə laqeyd olmayan hər kəsi narahat etməlidir", - deyə Korker bildirib.
Oktyabrın 8-də, şənbə günü ABŞ prezidenti Korkerin növbəti müddətə senatorluğa namizədliyini irəli sürməməsi qərarını kəskin tənqid edib.