İlk beyin əməliyyatının 11 min il əvvəl edildiyi məlum oldu - FOTO / VİDEO

Türkiyənin Aksaray olan Aşıklıhöyükte aparılan qazıntı işləri nəticəsində ilk beyin əməliyyatının 11 min il əvvəl bu bölgədə həyata keçirildiyi iddia olunur.
Türkiyə mediası bildirir ki, tapılan qadın skletinin üzərində aparılan araşdırma nəticəsində beyin əməliyyatı hələ dövrümüzdən 11 min il əvvəl edildiyi müəyyən edilib.
Kültür və Turizm Mərkəzinin Müdiri Mustafa Doğan, hər sahədə olduğu kimi, 11 il əvvəl Aşıklıhöyükte tibb sahəsində də irəliləyişlər əldə olunduğunu bildirib," Günümüzdən təxminən 11 min il əvvəl bölgədə yaşayan insanların hər sahədə olduğu kimi, tibb sahəsində də tərəqqi əldə etdiklərini görə, xüsusilə Aşıklıhöyükte əldə edilən tapıntılardan biri də bir beyin əməliyyatının aparıldığı yerdir. Kəllə sümüyündə əməliyyatın baş verdiyinə dair elm insanları bununla bağlı fərqli yozmalar etdilər. Bu kəllə sümüyü bu gün Aksaray Muzeydə sərgilənir. Bu baxımdan da baxanda Aşıklıhöyük həqiqətən bölgədəki mədəni cəmiyyətin formalaşmasındakı ən qabaqcıl yaşayış yerlərindən biri olaraq qəbul edilə bilər" deyə qeyd edib.
Aksaray Muzey Direktoru Yusif Qızıl isə qazıntı işlərinin 1989-ci ildə başladığını bildirərək, "Bu kəllə sümüyü təxminən 10 min il əvvələ aid edilir. 25-30 yaşlarındakı bir xanıma məxsusdur. Əməliyyat keçirildikdən sonra xəstənin 10 gün daha yaşadığı müşahidə olunur. Apardığımız araşdırmalarda kəllə sümüyünün iç hissəsində yeni bir toxuma əmələ gəldiyi ortaya çıxdığından təxminən 10 gün daha yaşadığı müəyyən edilmişdir. Bu da tarixə ilk beyin əməliyyatı kimi daxil edilmiş" deyə bildirib.
Qeyd edək ki, 11 min il əvvəl ilk beyin əməliyyatının həyata keçirildiyi Aşıklıhöyükte görülən işlər zamanı o dövrə aid heyvan və taxıl qalıqları tapılıb. Qazıntı və təmizlik işlərinin davam etdiyi Aşıklıhöyükte həmin dövrün evləri və istifadə etdikləri materiallar yenidən o vaxtkı orijinallığa uyğun inşa edilib(moderator.az).