​ABŞ Suriyada onu gözləyirdi ki... - Konaşenkov

 
Suriya torpaqlarının terrorçulardan təmizlənməsində Qərb koalisiyasının həqiqi rolu olmayıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
“Beynəlxalq koalisiya 30 sentyabr 2015-ci ildə Suriyada əməliyyatlara başlayan zaman ölkənin 90 faizi terrorçuların əlində idi. ABŞ-ın bu vaxta kimi strategiyası xilafətin hücumlarını izləməkdən, müxalifətə yardım adı altında terrorçulara silah göndərməkdən və Suriya iqtidarının nə zaman çökəcəyini gözləməkdən ibarət olub.” – MN rəsmisi bildirib.
Konaşenkov onu da əlavə edib ki, Rusiya Hərbi Hava Qüvvələrinin əməliyyatları nəticəsində İŞİD-in nəzarətidə olan ərazilər 10 faizə enib.