Almaniyada qasırğa nəticəsində 7 NƏFƏR ÖLDÜ
6-10-2017 16:27

Berlindən ölkənin şimal, cənub və şərq istiqamətində sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb
Almaniyada “Xavier” qasırğası nəticəsində 7 nəfər ölüb.
"Haberturk" xəbər verir ki, bu barədə Almaniyanın Meteoroloji Xidməti məlumat yayıb.
Berlindən ölkənin şimal, cənub və şərq istiqamətində sərnişin qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Qasırğa Berlin və Brandenburq əyalətlərində daha güclü olub.
Polis Brandenburqda 4, Hamburqda 1, Berlində 1, Mecklenburg-Vorpommerndə 1 nəfərin öldüyünü bildirib.
Qasırğanın sürəti saatda 180 km olub.