Madaqaskarda taundan ölənlərin sayı 33-ə çatdı

Son məlumata görə, Madaqaskarda taundan dünyasını dəyişənlərin sayı 33 nəfərə çatıb. 
Adada tauna yoluxma faktı avqust ayında ilk dəfə qeydə alınıb. Son məlumata görə, ölkədə bu dəhşətli xəsətliyə yoluxanların sayı 130-u keçib. 
Ölkə səhiyyə idarəsindən verilən məlumata görə, xəstələnən 73 nəfər taunun ən ağır formasına – ağciyər taununa yoluxub.