Qubada 77 yaşlı kişi İNTİHAR ETDİ

Qubada intihar olub. 
APA-nın məlumatına görə, rayonun Digah kəndinin sakini, 1940-cı il təvəllüdlü Nazir İdris oğlu Əsədov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.