Sərnişin avtobusu qəzaya düşdü: YARALILAR VAR
6-10-2017 10:21

Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub.
Lent.az xəbər verir ki, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hunday" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.