​Rusiyada neft emalı zavodunda yanğın olub, ölənlər var

 
Rusiyanın Nijeqorod vilayətində fəaliyyət göstərən neft emalı zavodunda baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb.

Muxalifet.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, insident Kstovo şəhərində baş verib.
“Dörd nəfər ölüb. Onlar işləri həyata keçirən podratçı təşkilatın əməkdaşları olub”, - deyə Kstovo rayon administrasiyasından bildirilib.  
Məlumata görə, yanğının ikinci rezervuara yayılmasının qarşısı alınıb.
Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.