"Rusiya bu qruplaşmanın sonunu yaxınlaşdırır" - Korotçenko

"Rusiya Hərbi Hava Qüvvələrinin Suriyada Fəth əl-Şama vurduğu zərbə bu qruplaşmanın sonunu yaxınlaşdıracaq".
 
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiyanın “Milli Müdafiə” nəşrinin baş redaktoru İqor Korotçenko deyib.
“Suriyada terror qruplaşmalarının ehtiyat bazalarının məhv edilməsi onlara ağır zərbədir. Fəth əl-Şam qruplaşmasının silah anbarının məhv edilməsi isə qruplaşmanın sonunu daha da yaxınlaşdırır”, - Korotçenko əlavə edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Hərbi Hava Qüvvələri Suriyanın cənub və cənub-şərq hissəsində sözügedən qruplaşma üzvlərinin hücumlarını dəf etməyi bacarmışdı.