​Tarixi dönəmə qədəm qoyduq - Səudiyyə

Moskva ilə Ər-Riyad arasındakı əlaqələr tarixi dönəmə qədəm qoyur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil Cubeyr deyib.
“İki ölkə arasında əlaqələr rəsmi səviyyəyə gəldi. Proseslərdə bütün dövlət qurumları yer alır. İnvestisiya sahəsində əməkdaşlıq artırıldı və güclənməyə davam edir. Bütün sahələrlə bağlı fikir mübadiləsi aparılır”, - nazir bildirib.
Qeyd edək ki, bu gün Səudiyyə kralı Salman bin Əbdüləzizlə Rusiya lideri Vladimir Putin arasında görüş keçirilib.