Müsəlmanlara terrorçu dedi, tacsız qaldı - FOTO

Myanmanın on doqquz yaşlı gözəllik kraliçası müsəlman rohingya döyüşçülərini terrorda ittiham etdiyi üçün tacı əlindən alınıb.
Muxalifet.az qafqazinfo-ya istinadən xəbər verir ki, Şvi İn Si ötən həftə feysbukda yayımladığı video çarxda rohingya döyüşçülərini günahsız insanlara qarşı zorakılıq etməkdə günahlandırmışdı. 
Yarışmanın təşkilatçıları faktı etiraf etsələr də, bunun həmin video-çarxla əlaqəli olduğunu inkar ediblər.