Səudiyyədən S-400 həmləsi: Razılaşma əldə olundu
5-10-2017 20:45

Səudiyyə kralı Salman bin Əbdüləzizlə Rusiya lideri Vladimir Putin arasında S-400 zenit raket kompleksinin alışı ilə bağlı razılaşma əldə olunub. Muxalifet.az xəbər verir ki, bu barədə “Əl-Ərəbiyə” məlumat yayıb.
Bildirilib ki, Ər-Riyad S-400-lə yanaşı, öz müdafiə sistemini də qurmaq üçün texnologiyalar idxal edəcək.
Qeyd edək ki, bu gün baş tutan görüşdə tərəflər arasında ortaq investisiya ilə bağlı 1 milyard dollarlıq razılaşma imzalanıb.