Oksford Myanma nazirinə verdiyi ordeni geri aldı – MÜSƏLMAN QƏTLİAMINA GÖRƏ
5-10-2017 19:20

İngiltərənin Oksford şəhər bələdiyyəsi Myanma Xarici İşlər naziri Aunq San Su Çiyə verilmiş Oksford Azadlıq Ordeninin geri alınması ilə bağlı qərar qəbul edib.
1997-ci ildə təqdim olunmuş nişanın geri alınması ilə bağlı qərar Myanma rəhbərliyinin Arakan müsəlmanlarına qarşı qətliamından sonra qəbul olunub.
Bundan başqa, Aunq San Su Çinin 1964-1967-ci illərdə təhsil aldığı Oksford Universitetindəki portreti də yığışdırılıb.
Qeyd edək ki, qətliam zamanı mindən çox müsəlman öldürülüb, yarım milyon arakanlı isə yurdundan didərgin düşüb./teleqraf.com