Rusiya İŞİD-in mövqelərinə raket zərbələri endirdi
5-10-2017 17:14

İqor Konaşenkov: Velikiy Novqorod” və “Koplono” sualtı qayıqlarından 10 raket atılıb
Rusiya Aralıq dənizindəki bazasından atdığı “Kalibr” raketləri ilə terrorçu İŞİD qruplaşmasının Suriyanın Məyadin yaxınlığında yerləşən mövqelərinə zərbələr endirib.
"Haber7" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.
Onun sözlərinə görə, Qara dəniz donanmasının Aralıq dənizindəki “Velikiy Novqorod” və “Koplono” sualtı qayıqlardan İŞDİ-in mövqelərinə 10 “Kalibr” adlı raket atılıb.