Sərkisyan 60 minə görə 54 nəfəri işsiz qoydu
5-10-2017 17:08

Ermənistan Prezident Administrasiyasında 54 vəzifə ixtisar edilib.
Bu vəzifələrin ixtisarına sentyabrın 1-dən başlanılıb. Ermənui mediası bildirib ki, ixtisar nəticəsində qənaət olunan vəsait hökumətin ehtiyat fonduna köçürülüb. Fonda köçürülmə barədə qərar isə Nazirlər Kabinetinin bugünkü iclasında qəbul olunub.
İxtisarlar nəticəsində 2017-ci ildə dövlət büdcəsinə 60 min dollar qənaət edilib.