Belqrad görüşü: Ukraynanın taleyi həll edilir
5-10-2017 16:57

ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker oktyabrın 7-də Belqradda Rusiya prezidentinin köməkçisi Vladislav Surkovla Minsk müqaviləsinin yerinə yetirilməsinin və Ukraynanın ərazi bütövlüyünün bərpasının müzakirəsi üçün görüş keçirəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Kurt Volker öz Tvitter hesabında paylaşıb.
“Rusiyalı həmkarımla oktyabrın 7-də Belqradda görüşəcəyəm. Əsas müzakirə olunacaq məsələ isə Ukraynanın ərazi bütövlüyünün bərpasıdır”, – deyə o bildirib.