MDB ölkələrinin kəşfiyyatçıları Bakıya toplaşdı
5-10-2017 14:36

Bu gün Bakıda MDB ölkələrinin xüsusi xidmət orqanlarının əməkdaşları və hüquq-mühafizə orqanlarının nümayəndələrinin 7-ci konsultasiya iclası öz işinə başlayıb.
Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, iclasda terrorçuluğa qarşı mübarizə, bu işdə təcrübə mübadiləsi və s. məsələlər müzakirə olunur.
Məlumata görə, ilk dəfə iclasa BMT Təhlükəsizlik Şurasının terror təşkilatları üzrə monitorinq qrupunun nümayəndələri də dəvət olunub.