“Kürdüstan”dan Ərdoğanın İranla anlaşmasına SƏRT REAKSİYA

Türkiyə və İran prezidentlərinin səmimi görüntülər verməsi Bərzani cəbhəsini silkələyib.
 
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ankara və Tehranın sanksiyalar üçün razılığa gəlməsi Bərzaninin mətbuat orqanında ağır təhqirlərlə qarşılanıb.
 
 İRAN VƏ TÜRKİYƏDƏN YENİ SANKSİYA
 
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın tarixi Tehran səfərində iki ölkə yeni sanksiyalara gedəcəklərini bildirib. Sərhəd qapılarını bağlayan, uçuşları dayandıran iki ölkə, neft məsələsində də birgə addımlar atıb. İndi növbədə İraq Kürd Regional Rəhbərliyini (IKBY) küncə sıxışdıracaq yeni həmlələr var.
 
 BƏRZANİ SAYTINDA BAŞ XƏBƏR OLARAQ VERİLİB
 
 Ərdoğanın İran səfərini diqqətlə izləyən Bərzaninin nəşr orqanı “Rudaw”, prosesləri ilk xəbər olaraq oxucularına təqdim edib. Xəbərlərdə açıqlamaları qeyd edən yayım orqanı, Türkiyəyə alçaq ittihamlarla dolu bir köşə yazısına də yer verib.
 
 BÖLGƏDƏKİ TÜRK ƏSGƏRLƏRİNİ TƏMİZLƏYİN!
 
 Ankara və Tehranın açıqlamalarını dəyərləndirən Selahattin Polad adlı köşə yazarı, bölgədəki Türk əsgərləri və bazalarının Quzey İraqdan təmizlənməsini istəyib. Köşə yazısında yer alan qalmaqallı sətırlər belədir:
“Türk əsgərləri və kəşfiyyat büroları üçün də eyni şeyi demək olar. Niyə hələ də bu məsələ gündəmə gəlmir? Müstəqillik Bağdaddan qopmaq deməkdirsə, həm də torpağı İran və Türkiyədən təmizləməkdir".
Xatırladaq ki, yazıda bəhs edilən Türkiyənin hərbi bazaları daha əvvəl Bərzani rəhbərliyinin tələbilə İraq torpaqlarına qurulmuşdu.
 
 İRAQIN BAŞ NAZİRİ BADİ ÜÇÜN QALMAQAL BƏNZƏTMƏ
 
 Köşə yazısındakı digər bir qalmaqal bənzətmə isə Ankara ilə eyni mövqedə duran İraq baş naziri Heydər əl İbadi ilə bağlıdır. Köşə yazarı İbadini Ankaranın bu yarışda “axsaq atı” adlandırıb.
Müxalifət.az