Ukraynada avtomobil qumbaraatanla vuruldu
5-10-2017 12:22

Ukraynanın Xarkov vilayətinin Volçansk şəhərində naməlum şəxslər qumbaraatandan avtomobili atəşə tutublar.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Xarkov vilayətinin polisi feysbuk səhifəsində bildirib.
Yol kənarında ekspertlər qumbaraatanın işəsalma qurğusunun hissələrini tapıblar. Hadisə nəticəsində sürücünün zərər çəkmədiyi bildirilir.