Ukrayna müxalifətindən erməni nazirə ÇAĞIRIŞ: “Avakov, millətə qarşı silah qaldırma”
5-10-2017 11:40

Ukrayna müxalifəti Kiyev şəhər meriyasının qarşısında mitinq keçirir.
Qanunsuz tiklilərə qarşı başlanılan mitinqdə əsasən prezident Petro Poroşenko, Putin, Ukrayna daxili İşlər naziri Arsen Avakov əleyhinə şüarlar səslənir. Onların cinayət etdiyi, Ukraynada demokratiyanı boğmağa çalışdıqları ifadə olunur.
Ən çox tənqid olunan isə erməni əsilli Avakovdu. Onun təcili sürətdə istefa verməsi tələb olunur. Mitinqdə əsas diqqət çəkən şüar da məhz onunla bağlıdır: "Avakov, millətə qarşı silah qaldırma”