İstanbulda ABŞ konsulluğunun əməkdaşı HƏBS EDİLDİ

Türkiyə məhkəməsi ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzu həbs edib. 
Hüquq-mühafizə orqanlarının məlumata əsasən, Metin Topuz konstitusiya quruluşunu sarsıtmaqda, casusluq fəaliyyətində və Türkiyə hökumətini devirməyə cəhddə ittiham olunur. O, həmçinin FETÖ ilə əlaqədə də mühakimə olunacaq.("Qafqazinfo")