İŞİD-in yaradılmasında ABŞ-İsrail -Bərzani İŞBİRLİYİ - ŞOK TƏFƏRRÜAT

İraq kəşfiyyatının imzasını daşıyan 2001 tarixli bir sənədə görə, İŞİD-in nüvə strukturu olan "Tövhid və Cihad" təşkilatını MKİ və Mossad kəşfiyyatı yaradıb.
Muxalifet.az bildirir ki, bu barədə Türkiyə KİV-i yazıb.
ABŞ-İsrail qurdu, Bərzani dəstək verdi
Suriyada PKK, İraqda isə Bərzaniyə pirat dövlət qurmaq üçün zəmin hazırlayan İŞİD-i Mossad və MKİ qurdu, Bərzani isə dəstəklədi. İraq kəşfiyyatı tərəfindən 18 Sentyabr 2001-ci ildə hazırlanan sənəddə, İŞİD-in nüvə strukturu olan "Tövhid və Cihad” təşkilatının CIA-MOSSAD əməkdaşlığı ilə qurulduğu və Bərzaninin bu prosesə dəstək verdiyi məlumatı yer alır. O dövrün prezidenti Səddam Hüseynin katibi Abed Hummudun imzasının yer aldığı sənəddə Bərzani və Yaxın Şərqin "müasir Lawrence”ı kimi səciyyələndirilən Bernard Henri Levynin bu məqsədlə danışıqlar apardığı qeyd edilir. Rəsmi sənəddə "Tövhid və Cihad” adlı yeni bir təşkilat yaradılmasına dair Bernard Levy ilə Məsud Bərzaninin şəxsi görüşlər keçirdiyi xüsusi xidmət orqanlarımız tərəfindən müəyyən edilmişdir" ifadəsi yer alır.
PEŞMERGE VƏ PKK-ya ÇALIŞDI
2013-ci ildə Suriyada "İraq Dəməşq İslam Dövləti” adı ilə müharibəyə qoşulduğunu bildirən təşkilat 2014-ci ilin əvvəlindən etibarən öncə Suriyalı müxaliflərə aid sahələrə hücum edərək ölkənin yüzdə 34 faizini ələ keçirdi. Əsəd və PKK-PYD-yə aid ərazilərə hücum etməkdən xüsusilə uzaq duran İŞİD, 2016-ci ilin əvvəllərindən başlayaraq müxalifətçilərdən qəsb etdiyi bölgələrin 78 faizini PKK-ya təslim edərək çəkildi. 2014-ci ilin may-iyun aylarında İraqda başda Mosul-Kərkük olmaqla ölkənin bir çox bölgəsinə nəzarət edən İŞİD, yenə 2015-in sonlarından etibarən işğal etdiyi Türkmən və Ərəblərə aid bölgələri də əsasən Peşmərgəyə təslim etdi.
BƏRZANİYƏ HEÇ Hücum Etmədi
İraq Parlamentində 2 dövr xidmət edən köhnə bir deputatın söylədiyinə görə, İŞİD Peşmərgənin nəzarətində olan Duhok, Ərbil, Səlahəddin, Zaho kimi bölgələrə hücum etməyib. İraqlı politoloq və keçmiş vəkil, “Yeni Şəfəq”ə verdiyi açıqlamada bildirib ki, İŞİD daxilində MKİ və Mossad Kəşfiyyat Xidmətinin təsiri çox güclü idi. Onun dediyinə görə, təşkilatın ilk əmələ gəlmə prosesi və böyüməsində bu gizli xidmətlərin çox böyük töhfəsi oldu: "İŞİD-ə əsas hədəfi göstərən Mossad Kəşfiyyat Xidməti və MKİ oldu. Bərzani bu prosesə ciddi dəstək verdi və qarşılığını artıqlamasıyla aldı”.
2001-ci ildə hazırlanan rəsmi kəşfiyyat hesabatında, "Tövhid və Cihad” adlı yeni bir təşkilat yaradılmasına dair Bernard Levy ilə Məsud Bərzaninin şəxsi görüşlər keçirdiyi müəyyən edilmişdir" fikri yer alır. Yəhudi olduğunu gizlətməyən Levy, Şimali İraqdakı pirat referendumun da memarlarından biri sayılır.
Muxalifet.az