34 yaşlı kişini maşın vurub: SÜRÜCÜ QAÇIB

Yaralını xəstəxanaya taksi sürücüsü aparıb
 
Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
34 yaşlı Qarakişiyev Rauf Əvəz oğlu 2-ci Zabrat qəsəbəsində
yolu keçmək istəyən zaman onu minik avtomobili vurub.
Kişinin xəsarət aldığını görən maşının sürücüsü ərazidən uzaqlaşıb. Yaralı taksi sürücüsünün köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır./report