Nigerdə ABŞ hərbçiləri atəşə tutuldu - ÖLƏN VAR
5-10-2017 09:00

Nigerdə ABŞ və yerli hərbçilərdən ibarət hərbi patrulun atəşə tutulması nəticəsində 8 əsgər həlak olub.
Bu barədə Pentaqonun rəsmi nümayəndəsi bildirib.
Onun sözlərinə görə, insident zamanı 5 Niger Silahlı Qüvvələrinin əsgəri və 3 ABŞ hərbçisi həlak olub, daha 2 amerikalı əsgər yaralanıb.