Müsavatın Səbail təşkilatının sədri polisdə sorğu-sual edilib

Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl bu gün Səbail rayon Polis İdarəsinə çağırılıb.
 
Müsavat Partiyası Səbail rayon təşkilatının sədri Zakir İsmayıl Milli Şuranın oktyabrın 7-nə təyin etdiyi mitinqlə bağlı sorğu-suala tutulduqdan sonra sərbəst buraxılıb.
Bu haqda “Basta”ya məlumat verən Zakir İsmayıl bildirib ki, idarədə onu Cinayət Axtarış şöbəsinin rəisi polkovnik-leytenant Bəxtiyar Bayramov iki saatdan artıq müddətdə dindirib.
“Mən cavabında bildirdim ki, Müsavat Partiyası qanun çərçivəsində mübarizə aparır, mən bu partiyanın əsgəriyəm. Partiyanın verdiyi bütün qərarları yerinə yetirməyə hazıram. Bakı  Şəhər İcra hakimiyyəti ilə razılasdırılmış mitinqlərdə iştirak etmək isə heç bir qanun pozuntusu deyil. Biz də o mitinqdə iştirak edib-etməməkdə azadıq”, – Zakir İsmayıl bildirib.