"Polad Bülbüloğlunun namizədliyini dəstəkləyirik" - Rusiya XİN

Rusiya XİN: Polad Bülbüloğlunun namizədliyini dəstəkləyirik
 
Rəsmi Moskva Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun YUNESKO-nun baş katibi postuna namizədliyini dəstəkləyir.
 “TASS” xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qennadiy Qatilov bildirib.
“Seçkilər bazar günü keçiriləcək. Böyük ehtimalla bir neçə mərhələ olacaq. Bizim prioritetimiz Azərbaycan olaraq qalır”, - deyə XİN rəhbərinin müavini bəyan edib.