Tillersondan TƏKLİF: “Azərbaycan-Ermənistan sərhədinə nəzarət qurğuları yerləşdirilsin”

ABŞ Dövlət katibi Reks Tillerson ABŞ-ın Dağlıq Qarabağda dayanıqlı sülhü dəstəklədiklərini bildirib.
 
Erməniyönlü koqresmenlər Ed Roys və Eliot Engelin sorğusuna cavab verən Tillerson atəşkəsə nəzarət mexanizminin möhkəmlənməsinə də diqqət yetirib.
 “Dövlət Departamenti snaypertlərin təmas xəttindən geri çəkilməsi və Azərbaycan-Ermənistan dövlət sərhəddinə nəzarət qurğularının yerləşdirilməsini dəstəkləyir. O eyni zamanda Dağlıq Qarabağın minalardan tez bir zamanda təmizlənməsinə ümid ifadə edib”.