Bərdədə iki avtomobil toqquşub, ÖLƏN VAR

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Boyəhmədli kəndində qeydə alınıb. Hərəkətdə olan “Mercedes” markalı avtomobillə “QAZ-24” markalı maşının toqquşması nəticəsində “QAZ 24”ün sürücüsü, Tərtər rayon sakini, 1987-ci il təvəllüdlü Şükürov Rabil Bayram oğlu hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.