Parisdə səfirlik qarşısında PARTLAYIŞ

Parisdə İordaniya səfirliyinin qarşısında motosiklet partlayıb.
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, hadisə səfirliyin hərbi attaşesinin ofisi qarşısında baş verib.
Hazırda polis partlayışın səbəbini araşdırır.
Partlayış nəticəsində yaxınlıqdakı avtomobillər zərər görsə də, xəsarət alanların olmadığı bildirilib.