Gürcüstan Ermənistanın yeni səfirindən imtina etdi

Rəsmi Tbilisi Ermənistanın Gürcüstana göndərdiyi səfir Sergey Minasyana akkreditasiya verməkdən imtina edib.
 
Erməni KİV-nin xəbərinə görə, Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, diplomatik praktikada akkreditasiya prosesi ictimaiyyətə açıqlanmır. Bu səbəbdən də nazirlik xəbəri nə təsdiq, nə də təkzib edib.