​Ukraynada Sərkisyana sui-qəsd təşkil edildi

Ukraynanın Zaporojye şəhərində Erməni İttifaqının bölgə rəhbəri Artaşes Sərkisyana sui-qəsd təşkil edilib.
Bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. İnsidentin Şevçenko bulvarında baş verdiyini bildirilib.
Sərkisyana hücum ofisini tərk edən zaman baş verib. Nəticədə onun mühafizəçisi ağır yaralanıb. Sərkisyanın özü isə heç bir xəsarət almayıb.