Rusiyalı müxalifətçi Navalnı həbs edildi
3-10-2017 06:44

O, razılaşdırılmamış mitinqlərə çağırış etməkdə təqsirli bilinib
Moskvanın Simonovski məhkəməsi bazar ertəsi müxalifətçi Aleksey Navalnını razılaşdırılmamış mitinqlərdə iştiraka çağırışlara görə 20 sutkalıq həbs edib.
TASS xəbər verir ki, məhkəmə onu mitinq keçirilməsi qaydasının təkrar pozulmasında təqsirli bilib.
Navalnı sentyabrın 29-da dəfələrlə razılaşdırılmamış ictimai tədbirlərə çağırış etdiyinə görə saxlanılıb.