Avtomobil 34 yaşlı qadını vurub: SÜRÜCÜ QAÇIB
3-10-2017 06:30

Bakının Sabunçu rayonunda qadını avtomobil vuraraq qaçıb.
Hadisə 1983-cü il təvəllüdlü Əliyeva Aynurə Mədafil qızı Balaxanı qəsəbəsində yolu keçmək istəyən zaman baş verib.
Sürücü yaralının yıxılaraq yerdə qaldığını görsə də, buna məhəl qoymayıb və hadisə yerindən uzaqlaşıb.
Təcili tibbi yardım xidmətinin əməkdaşları yaralını xəstəxanaya aparıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.