“Türkiyənin daha Avropa Birliyinə üzv olmasına ehtiyac yoxdur” – ƏRDOĞAN
1-10-2017 21:07

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, daha onun ölkəsinin Avropa Birliyinə üzv olmasına ehtiyacı yoxdur.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə telekanalları xəbər yayıb.
“Biz Türkiyənin 1963-cü ildə nümayiş etdirdiyi münasibətin – ölkənin ilk dəfə quruma daxil olması haqda xahişinin Avropa Birliyində düzgün başa düşülmədiyini görürük”, - deyə o bildirib.
Daha əvvəl Türkiyədə Avropa Birliyinə birləşmə haqqında danışıqları “uşaq oyununa” çevirməməyə çağırıblar.