Suriyada Rus polkovniki həlak oldu

Müxalifət.az Murmansk mətbuatının verdiyi məlumata əsasən xəbər verir ki, Suriyada döyüşən bir Rus polkovniki öldü. Məlumata görə, o, Rusiyanın Şimali Donanmasının Dəniz Piyadaları Kerkenes briqadasının komandiri, polkovnik Valeri Fedyanindir.
Xəbərə görə, polkovnikin avtomobili uzaqdan idarə olunan fuqasla partladılıb. Ağır yaralanmış polkovnik Moskvaya aparılsa da, xəstəxanada ölüb.
Rusiya Müdafiə Nazirliyi hələlik polkovnikin ölümü barədə məlumatları rəsmən şərh etməyib.
Müxalifət.az