Bərzaninin can damarı kəsilir: 3 sərhəd qapısında HƏRBİ ƏMƏLİYYAT

 Silopidə Türk əsgəri ilə birgə təlim keçirən İraq əsgəri Bərzani iqtisadiyyatının can damarı olan Habur Sərhəd Qapısını almağa hazırlanır. Hərbi əməliyyata Türk əsgəri də dəstək verəcək.
 
Müxalifət.az bildirir ki, bu baradə Türkiyə KİV-i xəbər verir.
İraq Kürd Regional Rəhbərliyinin (IKBY) Bağdadın çağırışına baxmayaraq təhvil vermədiyi sərhəd qapılarına müdaxiləyə hazırlıqlar başlayır. Bağdad rəhbərliyi İran və Türkiyə ilə koordinasiyalı bir şəkildə Bərzani ərazisinə açılan sərhəd qapılarının nəzarətini almağı planlaşdırdıqlarını açıqlayıb.
  İraq pirat referendum qərarının ardından Bərzanin çəkindirmək üçün ilk olaraq qonşuları İran və Türkiyədən sərhəddə hərbi təlim başlamalarını istəmişdi. İraq Baş Qərargah rəisi Osman Ganiminin səfərinin ardından Türkiyədəki təlimə İraqdan xüsusi qüvvələr zabitlərinin qatılması qərara alınmışdı. Ganiminin İran səfəri sonrası da yenə eyni qərar qəbul olundu. İranın IKBY ərazisinə açılan sərhəd qapıları ətrafında İraq və İranlı əsgərlər birgə təlimə başlayıb. Ərbilə böyük gəlir mənbəyi təmin edən 4 qapının nəzarəti yaxında hərbi əməliyyatlarla əl dəyişdirəcək.
Türkiyə və İranın da dəstəyi ilə sərhəd qapılarına qarşı keçiriləcək hərbi əməliyyatlar bütövlükdə 4 sərhəd qapısını əhatə edir. Şırnak-Silopidəki Habur Sərhəd Qapısında İraq əsgərləri Türkiyə əsgərinin dəstəyi ilə nəzarəti təhvil alacaq. Normal halda Habur üzərindən ticarət yolu Şimali İraq üzərindən keçərək Bağdada çatır. Artıq bu yolun da dəyişdirilməsi gündəmdədir. Düşünülən marşrutlar arasında yolun Zaho, Zumar və Başika üzərindən Mosula birləşdirilməsi planı vardır. Yolun işə düşməsinin ardından Başikadaki Türk əsgəri ticarət yolunun təhlükəsizliyini təmin edəcək.
 İranla sərhəddə  isə 3 sərhəd qapısı IKBY-nin nəzarətindədir: Bunlar Şimalda Ərbilə bağlı Çoman rayonunda Hacı Omeran-Temerçin Sərhəd Qapısı, şərqdə Süleymaniyyəyə bağlı Penciven qəzasında Başmaq Sərhəd Qapısı və Kelar rayonunda isə Peravizhan Sərhəd Qapısıdır. Yaxında İran ordusunun dəstəyi ilə başlayacaq hərbi əməliyyatla nəzarət İraqlı zabitlərin əlinə keçəcək. Burada da ticarət yollarının təhlükəsizliyini İraq əsgəri təmin edəcək. Lazım gəldikdə Türkiyə və İranın dövrəyə girəcəyi bildirilir. Sərhəd qapılarının nəzarətini Bağdada dövr etməklə Ərbil əhəmiyyətli bir gəlir mənbəyindən daha məhrum qalmış olacaq.
Müxalifət.az