ABŞ Bərzanini qorumaq üçün HƏRƏKƏTƏ KEÇDİ

ABŞ, Şimali İraqa əsgər, silah və sursat daşınmasını son 3 gündə artırıb. ABŞ Türkiyə, İran və İraq əməliyyatına qarşı Bərzanini qorumaq istəyir.
Müxalifət.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, “Fərat Qalxanı” zamanı Münbiçə irəliləyən Türk əsgərinə qarşı PKK/PYD-yi qorumaq üçün mövqelərə ABŞ bayrağı çəkən Pentaqon, bunun bənzərini Bərzani üçün hazırlayır. ABŞ 25 sentyabrda pirat referenduma imza atan Məsud Bərzaninin işğalındakı regionlara yönəlik İraq-Türkiyə müştərək əməliyyatına qarşı hazırlıqlarını artırıb. Keflənmiş, Zaho, Zemmar, Kərkük və Kəsik bölgələrinə əsgər, arsenal və zirehli texnika sövq edən Pentaqon, Harir və Hevler bazalarına isə raket, vertolyot və insansız hava vasitəsi (İHA) yüklü konteynerlər göndərib.
ABŞ ordusu Ərbil və Soruşan ətrafındakı Hevler və Harirə tırlarla sursat və hərbi texnika göndərir. Göndərilən silahlar arasında tanksavar və zenit yanında raket və vertolyot da var. Əlavə olaraq Pentaqon bölgəyə üzərində raket də daşıya bilən insansız "Predator” vasitələri də sövq etdi. Şimali İraqa yönəlik bir hərəkat ehtimalına qarşı ABŞ-a aid İHA-lar da daim müşahidə uçuşu edib kəşfiyyat məlumatları toplayır.
ABŞ-ın bölgəyə silah tədarükünü “Yeni Şəfəq”ə dəyərləndirən İraq ordusunun təqaüddə olan bir general bunları deyib: "Bu miqyasda bir silah daşıması ancaq regional müharibə hazırlığı ola bilər. Suriyada PYD-yi 2,5 ildir silahlandıran ABŞ, İraqda isə Türkiyə və İran sərhədlərinə öz əsgərlərini yerləşdirəcək". İraqlı general ABŞ-ın Kərkükə də xüsusi əhəmiyyət verdiyini söyləyib. ABŞ-ın 2011-ci ildə çəkilmə qərarı aldığı İraqa 2014-ci ildə İŞİD-lə mübarizə bəhanəsi ilə yenidən əsgər göndərdiyini xatırladan general, 8 ay öncə 3 min 700 ətrafında olan ABŞ-lı əsgər sayının son daşımalar nəticəsində 3 qatına çıxararaq 10 mini keçdiyini qeyd edib.
Müxalifət.az