Hərracda Renuarın məşhur əsəri oğurlanıb

Təşkilatçılar rəsmə görə 25-30 min avro qazanmağı düşünürdülər
 
Fransız rəssamı Pyer Ogüst Renuarın "Parlaq saçlı gənc qızın portreti" əsəri satışa az qalmış hərrac evindən oğurlanıb.
"Le Parisien" nəşri xəbər verir ki, rəssamın bu işi əsas lot hesab olunurdu və təşkilatçılar bundan 25-30 avro gəlir əldə etməyi düşünürdü.
Hərraca cavabdeh şəxs Frederik Loran de Rümmel qeyd edib ki, oktyabrın 1-nə planlaşdırılan hərrac istənilən halda keçiriləcək./report