Bağdad referenduma tezliklə cavab veriləcəyini vəd edib

Hökumət rəsmisi: Bunun üçün bizim kifayət qədər siyasi, iqtisadi və ticari imkanlarımız var
 
İraq hökuməti Kürdüstan muxtariyyətində qanunsuz keçirilən müstəqillik referendumu ilə bağlı yaxın vaxtlarda cavab tədbirlərinin görüləcəyini bəyan edib.
TASS xəbər verir ki, bununla belə Bağdad güc ssenarisini tamamilə istisna edir.
"Bunun üçün bizim kifayət qədər siyasi, iqtisadi və ticari imkanlarımız var", - deyə jurnalistlərə baş nazir aparatının nümayəndəsi Saad əl-Hadisi bildirib.