Bərzaniyə gözdağı davam edir: “Dəclə qalxanı” BAŞLAYIR
29-09-2017 12:22

İraq sərhədində hər an “Dəclə qalxanı” əməliyyatına çevrilə biləcək hərbi təlimlər davam edir.
“Yeni Şafak” qəzeti keçirilən hərbi təlimlərin İraq Kürd Muxtariyyətinə müdaxilə ilə nəticələnə biləcəyi iddiası ilə çıxış edib.
Məsud Bərzani üçün gözdağına çevrilən hərbi təlimlərin 11-ci günü geridə qalıb. Türkiyə ordusu İraq hərbçiləri ilə birlikdə tüstü bombaları, “Sabra” tankları, zirehli nəqliyyat vasitələrindən istifadə etməklə düşmən mövqelərini ələ keçirmə əməliyyatlarını uğurla yerinə yetirib.
“Məsud Bərzaninin qondarma respublika elan edəcəyi halda iki ölkənin hərbi qüvvələri birgə əməliyyat keçirəcək. Həmin əməliyyatın adı “Dəclə qalxanı” olacaq”, - Türkiyə mediası iddia edib.