Şimali İraqda gərgin döyüşlər: TÜRKİYƏ ŞƏHİD VERDİ

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda keçirdiyi əməliyyatlar zamanı terrorçularla türk əsgəri arasında atışma baş verib. 
Şimali İraqın Kanimasi bölgəsindəki döyüşlər zamanı 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb. Əks hücuma keçən türk ordusu 3 terrorçunu zərərsizləşdirib. 
Türk ordusu Zap və Avaşin bölgəsində PKK-çılara məxsus silah anbarlarını, sığınacaqları darmadağın edib. 
Qeyd edək ki, Bərzaninin keçirdiyi müstəqillik referendumundan sonra bölgədə vəziyyət yenidən pisləşib.