Daha bir qubernator İSTEFAYA GETDİ

Rusiya Prezidenti Vladimir Putin Neneçko Muxtar Vilayətinin rəhbəri İqor Koşinin istefa ərizəsini qəbul edib. 
Bu barədə informasiyanı Kremlin Mətbuat Xidməti yayıb. 
Qeyd edək ki, son günlər Rusiyada qubernatorların yeni istefa dalğası başlayıb. Son bir həftə ərzində 3 qubernator və bir respublika rəhbəri istefaya göndərilib. Vəzifəsindən uzaqlaşdırılanlar arasında Dağıstan Respublikasının rəhbəri də var. 
Bundan öncə “İnterfaks” agentliyi daha 8 qubernatorun vəzifəsindən kənarlaşdırılacağı haqqında informasiya yaymışdı.