Abdulatipovun İSTEFA SƏBƏBİ

Ramazan Abdulatipov və komandası dağıstanlıların inamını doğrulda bilmədilər.
 
Bunu “Rosbalt” agentliyinə açıqlamasında rusiyalı ekspert Əhməd Yarlıkapov söyləyib.
“Abdulatipov 2013-cü ildə hakimiyyətə gələndə Dağıstanda ona ciddi dəstək var idi, amma bu, bir müddət sonra yoxa çıxdı. Gözləntilər çox idi, amma sonradan inam səviyyəsi çox aşağı düşdü və Abdulatipovun getməsiylə bağlı səslər yüksəlməyə başladı. Yəqin Abdulatipovun özü yox, onun komandası etibar kreditini artıq bitirib. Abdulatipov əlindəki bütün imkanları boşa xərcləyib. Eks-lider yeni rəhbərə böyük problemlər qoyaraq gedib. Hər yerdə vəziyyət fəlakətlidir. Ölkənin borcu böyükdür, dövlət işçilərinin maaşları ödənilmir və s. Bütün bu problemlər sistemli xarakter daşıyır”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Dağıstan lideri Ramazan Abdulatipov istefa verib.