Ərdoğanın sözləri Kərkükdə divarlara yazıldı: “BİR GECƏ GƏLƏ BİLƏRİK...”
28-09-2017 12:11

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İraq Kürdüstanının referendum qərarı ilə bağlı söylədiyi “Bir gecə qəfildən gələ bilərik” fikri Kərkük divarlarına həkk olunub.
Bu fikri özlərinə şüar edən türkmanlar Kürdüstanın müstəqilliyini tanımayacaqlarını bildiriblər.
Onlar İraq Kürdüstanına tabe olmayacaqlarını, vətəni qorumaq üçün and içdiklərini deyiblər.
Bu arada, Kərkükdə referendum qutuları quran vali Nəcməddin Kərimin çıxışı zamanı qəfil işlətdiyi fikirlər türkmanlar arasında ciddi narazılığa səbəb olub. Kərim mikrofonun qapalı olduğunu düşünüb və türkmanları nəzərdə tutaraq, “Onları qovacağıq” fikrini səsləndirib.